Tanışını bıçaqlayan şəxsə hökm oxunub. Bu haqda 29 mart tarixndə APA məlumat verib.
Qaradağ rayonunda sentyabrın 18-də Əli Mərdanov 27 yaşlı Ağaxan Xankişiyevi “Qobu Park” adlanan yaşayış kompleksinin ərazisində mübahisə zəminində bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub.
Mərdanov polis əməkdaşları tərəfindən saxlanılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.