Paytaxtın Qaradağ rayonunda yaşayış binası yanıb. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 2 otaqlı mənzilin eyvanında baş verib. Nəticədə 1 ədəd paltaryuyan maşın və mətbəxin pəncərəsi qismən yanıb, eləcə də tavan 1 kv.m sahədə əriyib. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.