Paytaxtın Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 72 kv.m olan 4 otaqlı mənzilin 1 otağı 20 kv.m sahədə alışıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.