Qaradağ rayonunda yarımçıq tikilmiş yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 2 otaqlı evin 1 otağı 2 kv.m sahədə alışıb. Nəticədə 1 ədəd qapı və 1 kv.m sahədə yığılan taxta tullantıları yanıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.