Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində yataqxana binasında yanğın başlayıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür. Xəbər yenilənəcək.