Vətən müharibəsi iştirakçısının qəzada ölməsi ilə bağlı məlumat yayılıb. Bu haqda bu gün, 17 iyun tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində iyunun 16-sı saat 5 radələrində Şəmkir rayon sakini A.Aslanovun idarə etdiyi “Ford Transit” və Bakı şəhər sakini E.Ağayevin sükan arxasında olduğu “Mercedes” markalı avtomobillər toqquşub. Qəza nəticəsində A.Aslanovun sərnişini, Kürdəmir rayon sakini Yolçu Əhmədov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Yolçu Əhmədov Vətən müharibəsi iştirakçısı olub. O, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.