Bir neçə gün öncə Xəzər rayonunda baş vermiş qəzada ölən piyada qazi olub. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
3 gün öncə Buzovna-Mərdəkan yolunda baş vermiş qəza zamanı 30 yaşlı Aqil Kazımov vəfat edib. Məlum olub ki, mərhum Vətən müharibəsində iştirak edib və bir sıra medallarla təltif olunub. Onun 1 azyaşlı qızı yadigar qalıb.
Cinayət işi davam edir.