Bakının Qaradağ rayonunda, “Qobu Park” yaşayış kompleksində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları xəstə insana köməklik ediblər. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
84 yaşlı Ə.Allahyarovun xəstəliyi səbəbindən onun təcili tibbi yardım avtomobilinə aparılmasında köməyə zərurət yaranıb. Bununla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Xilasedicilərin köməkliyi ilə vətəndaş mənzildən aşağı düşürülüb və təcili tibbi yardım avtomobilinə mindirilərək xəstəxanaya aparılıb.