Qaradağ rayonunda azyaşlı uşaq qaynar suda yanıb. Bu haqda 29 iyul tarixində Qafqazinfo məlumat verib.
Qobustan qəsəbəsində 2 yaşlı Z.Qədirovanın üzərinə ehtiyatsızlıqdan qaynamaqda olan su tökülüb. Uşaq termiki yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildirilir ki, hal-hazırda onun vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.