Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində evdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini S.Nəsirov qəsəbə ərazisində yerləşən evlərin birindən 4100 AZN dəyərində kombi, mətbəx və məişət əşyaları oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırma aparılır.