Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində iyulun 13-də saat 22:00 radələrində avtomobil iki piyadanı vurub. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sabirabad rayon sakini B.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini L.İbrahimovanı və onun qızını vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.