Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində fevralın 14-də oğurluq əməlini törədən qadın saxlanılıb. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə qəsəbə ərazisində yaşayan qadının evində aldadılaraq pulunun və geyim əşyalarının alınması, habelə qohumu olan azyaşlı qızın qızıl sırğalarının soyğunçuluq yolu ilə talanması barədə məlumat daxil olub.
Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Gülnarə Vəliyeva saxlanılıb. Faktla bağlı araşdırma aparılır.