Qaradağ rayonunda gənc oğlan ölü tapılıb. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Qobustan qəsəbəsində baş verib. 24 yaşlı Fərhad Cəlilli yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkarlanıb. Onun intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.