Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində iyunun 14-ü saat 14:00 radələrində ağır yol qəzası olub. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Qəsəbə sakini H.Mehdiyev idarə etdiyi “İnfiniti” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.