Quba-Xınalıq yolunun 3-cü kilometrində Bakı sakininin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 23 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əldə olunan məlumata görə, Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində Talıbov və avtomobildə olan sərnişinlər Sübhan Salmanov və İlkin Rzayev aldıqları xəsarətlərdən hadisə yerində keçiniblər. Digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Shimal.news-dan əldə olunan məlumata görə, qəzaya səbəb “07”-nin yüksək sürətlə gələrək digər avtomobilin hərəkət zolağına çıxması olub.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/10/sequence-01_13-1.mp4"][/video]
[caption id="attachment_117322" align="alignnone" width="640"]
Foto shimalnews[/caption]