Bakı sakini Quba rayonunda narkotikə görə saxlanılıb. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Aparılmış əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Şəfiyevdən marixuana aşkar olunaraq götürülüb. Şəxsi baxışdan sonra onun Zizik kəndindəki evinə baxış zamanı oradan əlavə 395 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.