Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Qurd qapısı" dairəsi adlanan ərazidə yol qəzası baş verib. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Yolayrıcında iki “Toyota Prius” markalı avtomobilin toqquşması nəticəsində sərnişin xəsarət alıb. Sürücülər bir-birini işıqforun qırmızı işığında keçməkdə günahlandırıblar. Avtomobillərdən biri yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.