Bakının Suraxanı rayonunda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, Ramana qəsəbəsində “Ravon” markalı avtomobil qaçırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov saxlanılıb. Avtomobil Zabrat qəsəbəsi ərazisində tapılıb.
Araşdırmalar davam edir.