Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
19 yaşlı Nihat Tarayev yaşadığı küçədə tanışı ilə dava edib. Bu zaman həmin şəxs Nihada bıçaqla zərbələr vurub. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.