Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, qəsəbədə yerləşən evlərin birindən 1500 manat dəyərində təmir alətləri oğurlanıb.
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Seyidov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.