Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində 2 avtomobil toqquşub. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Murad Rüstəmovun sürücüsü olduğu “Kia” markalı nəqliyyat vasitəsi Nuru Ələkbərovun idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub. Nəticədə M.Rüstəmov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.