Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində uşaq eyvandan yıxılıb. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Şuşa şəhərciyində qeydə alınıb. 5 yaşlı R.A. çoxmərtəbəli binanın eyvanından yerə yıxılıb. O, aldığı xəsarətlərdən keçinib.
Faktla bağlı araşdırma aparılır.