Sabunçu rayonunda oğurluqlar etməkdə şübhəli bilinən şəxslər tutulublar. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər narkotikə görə məhkum olunmuş Ruslan Musayev adıçəkilən rayonun Ramana qəsəbəsində yerləşən yarımtikilidən 3000 AZN dəyərində naqil oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Keçirilən digər əməliyyat nəticəsində Bakı şəhər sakini İxtiyar Qasımov Balaxanı qəsəbəsi ərazisində 4000 AZN dəyərində dəmir oğurlamaqda şübhəli bilinərək tutulub.
Hər 2 şəxs barəsində araşdırmalar davam edir.