Sabunçu rayonu, Ramana qəsəbəsində rabitə naqilləri oğurlanıb. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Ruslan Qasımov adıçəkilən qəsəbə ərazisində dəyəri 1000 AZN-dən çox olan rabitə naqilini oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırma aparılır.