Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Ramana qəsəbəsində baş verib. 37 yaşlı Cabit Əhmədov tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, döş qəfəsindən aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.