Sabunçu rayonunda evdə qaz balonu partlayıb. Bu haqda bu gün, 11 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Ramana qəsəbəsində baş verib. Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli üçotaqlı evin həyətində həcmi 50 litr olan qaz balonu partlayıb. Nəticədə evin mətbəxinin divarlarında çatlar əmələ gəlib, pəncərə sınıb, 1 nəfər ayağından xəsarət alıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.