Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mağazada yanğın hadisəsi olub. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə ötən gün axşam saatlarında baş verib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın qısa müddətdə söndürülüb.
Yanğın zamanı ümumi sahəsi 140 kvadratmetr olan ərzaq mağazasının içərisində müxtəlif markalı vitrin soyuducuları, bir ədəd kondisioner və ödəniş terminalı yanıb. Xəsarət alan olmayıb. Alışmanın səbəbi məlum deyil.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/06/sequence-018.mp4"][/video]