Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində marketdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, marketdən 700 manat dəyərində tütün məmulatı oğurlanıb. Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini A.Ələkbərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.