Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticsində Pənah Quliyev saxlanılıb.
O, qəsəbə ərazisində evlərdən birinin həyətindən 3000 manat dəyərində dəmir barmaqlıqlar oğurlamaqda şübhəli bilinir.
Hazırda araşdırmalar aparılır.