Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində avtomobil qaçırılıb. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, aprelin 9-da “Toyota” markalı avtomobil qaçırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəşad Rəfiyev avtomobillə birgə Masazır qəsəbəsi ərazisində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.