Vətəndaşların pul vəsaitlərinin dələduzluq yolu ilə oğurlanması barədə internet saytlarına daxil olan elanlarla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Aparılan tədbirlər nəticəsində 32 yaşlı Xəyal Hüseynov saxlanılıb. O, dələduzluq əməlini etdiyini etiraf edib. Baxış zamanı onun yaşadığı evdə bank kartları, müxtəlif mobil operatorlara məxsus çoxsaylı telefon nömrələri, mobil telefonlar və iş üçün zəruri olan digər maddi sübutlar aşkar olunaraq götürülüb.
İlkin istintaqla müəyyən edilib ki, o, 11 nəfəri aldadaraq onların 4250 manat pulunu bank kartına köçürməklə mənimsəyib.
Araşdırma davam edir. Həmin şəxsin əməllərindən zərər çəkən digər şəxslər varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi”nə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/02/1x1.mp4"][/video]