Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Respublika Narkoloji Dispanserində pasiyent ölüb. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Tibb müəssisəsində müalicə alan 46 yaşlı İ.Kərimovun halı qəfil pisləşib və o, dünyasını dəyişib.
İlkin araşdırmalara əsasən, onun infarktdan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.