top
Respublika Perinatal Mərkəzindən təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır – YENİLƏNİB
09 yanvar 2024, 03:35
- ↺ +

Respublika Perinatal Mərkəzindən təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır – YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra Kliniki Tibbi Mərkəzə (KTM) təxliyə edilən 6 körpənin vəziyyəti ağırdır. Bunu KTM-in pediatr-neonatoloqu Aysel Qədimova deyib.

"Durumu ağır olan 6 körpədən 3-ü süni tənəffüs aparatına, digər 3-ü isə SİPAP aparatına qoşulub. Reanimasiyada olan körpələrin yaxın zamanlarda palataya köçürülmələri nəzərdə tutulmur".

KTM-ə təxliyə olunan körpələrin heç birində yanıq xəsarətləri aşkarlanmayıb. 15 körpədən 6-sı qız, 9-u isə oğlandır.

Həmçinin tüstüdən zəhərlənən 3 nəfərdən 2-sinin evə buraxıldığı məlum olub.

14:09 - Respublika Perinatal Mərkəzindən daha 16 körpə Yeni Klinikaya təxliyə edilib

Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra 5 hamilə, 9 zahı və 16 yenidoğulmuş təxliyə edilərək Yeni Klinikaya yerləşdiriliblər. Bu haqda klinikanın Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyev məlumat verib.

Onların vəziyyətləri stabildır, lazımi müdaxilə edilib və müalicələri davam edir.

13:32 - Respublika Perinatal Mərkəzindən Kliniki Tibbi Mərkəzə 26 körpə təxliyə edilib

Respublika Perinatal Mərkəzində baş verən yanğına görə 26 körpə Kliniki Tibbi Mərkəzə (KTM) təxliyə edilərək yerləşdirilib. Bunu KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirib.

Uşlaqların vəziyyəti stabildir.

10:50 - TƏBİB: Yanğın zamanı Perinatal Mərkəzdə 4 uşaq ölüb - TƏCİLİ

Hadisə ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və TƏBİB-nin birgə məlumatında deyilir.

İlkin məlumata görə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.

Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Faktla bağlı “Yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda” və “Səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda” maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

10:49 - TƏBİB-nin rəhbəri yanğın zamanı Perinatal Mərkəzdə olan xəstələrin sayını açıqlayıb

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı stasionar müalicə alan xəstələrin sayı məlum olub.

Bu barədə TƏBİB-nin İcraçı direktoru Vüqar Qurbanov məlumat verib.

Onun sözlərinə görə, tibb müəssisəsində stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə edilib. Qurbanov əlavə edib ki, xəstələrin təxliyəsi davam edir.

09:33 - Respublika Perinatal Mərkəzində yanğın: mərkəzdəki yanğının ilkin səbəbi məlum olub - VİDEO

İlkin ehtimala görə, yanğına səbəb kimi qısaqapanma olduğu bildirilir.

09:09 - Respublika Perinatal Mərkəzində yanğın: 100-dən çox insan təxliyə olunub 

Bakı şəhəri Xətai rayonunun Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.

Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları və xilasediciləri cəlb olunublar. 35 kv.m olan sahədə yaranmış alov qısa müddətdə söndürülüb. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yanğın yerinə gəlib.

Bununla yanaşı, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə-xilasetmə tədbirlərində fəal iştirak ediblər.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir. Verilən məlumata görə, körpələrlə bir yerdə 100-dən çox insan təxliyə olunub.

TƏBİB-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, bir nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir.

Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar hazırda Bakı şəhər prokuroru Elşən Abbasov və Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin əməkdaşları hadisə yerindədirlər.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər