İçərişəhərdə gənc oğlanın meyiti tapılıb. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qoruğun Kiçik Qala küçəsində 21 yaşlı oğlanın meyiti aşkar edilib. Onun hansı səbəbdən öldüyü məlum deyil.
Faktla bağlı araşdırmaya başlanılıb.