Bakının Yasamal rayonu, A.M.Şərifzadə küçəsində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 14 dekabr tarixində Report məlumat verib.
18 yaşlı Azim Əliyev yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.