Paytaxtın Səbail rayonu, Bibiheybət adlanan yolda sərnişin avtobusu yanıb. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Şahidlərin sözlərinə görə, 120 nömrəli marşrut xəttinin avtobusu hərəkətdə olan zaman alışmaya başlayıb. Nəqliyyat vasitəsi tamamilə kül olub. Xəsarət alan olmayıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.