Bakının Səbail rayonu ərazisində gözəllik salonundan oğurluq edilib. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə daxil olan məlumata görə, salona gələn qadının çantasından pul, sənəd və bank kartları olan pulqabı oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əlixan Abbasov saxlanılıb. Fakt araşdırılır.