Paytaxtın Səbail rayonu, “Jurnalistlər şəhərciyi”ndə yanğın baş verib. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Çoxmərtəbəli binanın 13-cü mərtəbəsində ümumi sahəsi 60 kv.m olan mənzilin eyvanı 2 kv.m sahədə alışıb. Mənzilin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.