Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 27 iyun tarixində APA məlumat verir.
Qəza Üzeyr Hacıbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb. Sürücü Arzu Məmmədzadənin sözlərinə görə, o, idarə etdiyi “Chery” markalı maşınla Bülbül prospektində işıqforun yaşıl işığında hərəkət edib. Bu zaman motosiklet sürücüsü qəfil onun qarşısına çıxıb.
Nəticədə motosikletçi xəsarət alıb. Onun nəqliyyat vasitəsi isə iki hissəyə bölünüb.