Bakıda sürücü ehtiyatsızlıq səbəbindən ağır xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 15 iyun tarixində xəbər verir.
Paytaxtın Səbail rayonunda 22 yaşlı Təbriz Ağayev idarə etdiyi avtomobillə hərəkətdə olarkən sol əli digər avtomobilin qapısına dəyib.
Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol mil sümüyünün açıq yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.