Bakının Səbail rayonunda yerləşən 3 otaqlı evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 90 kv.m olan evin bir otağının yanar konstruksiyaları 36 kv.m sahədə yanıb. Həmçinin yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 21 kv.m sahədə əriyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.