top
Zəhərlənən 4 dostla bağlı yeni detallar ortaya çıxıb – YENİLƏNİB-2
07 may 2024, 05:55
- ↺ +

Zəhərlənən 4 dostla bağlı yeni detallar ortaya çıxıb – YENİLƏNİB-2

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qafqazinfo-dan verilən məlumata əsasən, hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” hotelində baş verib.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Kənan Mustafayev, Orxan Əmirov, Nicat Cabbarlı və Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelin restoranına gediblər. Onlar özləri ilə gətirdikləri “Black Jack” viskisini içərək orada aldıqları yemək və meyvə yeyiblər. Daha sonra onların vəziyyətləri ağırlaşıb. Verilən məlumata görə, ehtimal edilir ki, zəhərlənmənin səbəbi viskidir.

Saat 04:50 radələrində isə təcili tibbi yardıma müraciət edilib.

TƏBİB-dən bildirilib ki, həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etdikləri məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.

Report-dan verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, zəhərlənmənin qida ilə heç bir əlaqəsi yoxdur.

Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb.

15:35 - Səbaildə zəhərlənən 4 nəfərin kimliyi məlum olub

Səbail rayonunda yerləşən iaşə obyektlərinin birində zəhərlənənlərin şəxsiyyətləri məlum olub. Vəfat edənlər 26 yaşlı Kənan Mustafayev və 31 yaşlı Orxan Əmirovdur. Zəhərlənən digər iki nəfər isə 33 yaşlı Nicat Cabbarlı və 26 yaşlı Xəzər Cabbarlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Hazırda Səbail rayon prokurorluğunda araşdıma aparılır.

15:00 - Səbail rayonunda 4 nəfər zəhərlənib

Bakının Səbail rayonunda zəhərlənmə hadisəsi baş verib. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Bakupost.az-a istinadən xəbər verir.

4 nəfər məşhur hotellərin birində zəhərlənib. Onlar 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Lakin həkimlərin səyərinə baxmayaraq, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, həmin şəxslər qidadan zəhərləniblər.

Verilən məlumata əsasən, sağ qalan şəxslərdən birinin adı Nicat, digərinin adı isə Xəzərdir. Onlar sinif yoldaşları olublar. Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır. Xəzər isə hərbçidir. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər