Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində moped oğurlanıb. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Samir Şəmilov və Şərur rayon sakini Emil Babayev dəyəri 4500 manat olan F.Abdullayevaya məxsus “Yamaha” markalı mopedi oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Onlar barəsində araşdırma davam edir.