Səbail rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az xəbər verir.
Hadisə rayonun Mikayıl Useynov prospektində qeydə alınıb. Avtomobillərdən biri hərəkətdə olan zaman idarəetmədən çıxıb və yol kənarında park olunmuş digər maşınlara çarpılıb. Daha sonra sürücü nəqliyyat vasitəsi ilə hadisə yerindən qaçıb. Nəticədə 5 avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırmaya başlanılıb.
[caption id="attachment_104548" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]