Bakının Səbail rayonu, Xanlar küçəsində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az məlumat verir.
“Mitsubishi” markalı avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Şahidlərin sözlərinə görə, piyada zərbə nəticəsində yüngül xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.