Bakının Səbail rayonunda avtomobil qaçırılıb. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, mayın 2-də bir nəfər bıçaqla hədələnərək onun “Renault” markalı avtomobili quldurluq yolu ilə talanıb.
Araşdırma zamanı avtomobil həmin gün səhər saatlarında polislər tərəfindən Salyan yolu, 12 ünvanının qarşısında tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 24 yaşlı Rüfət Eynullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.