Paytaxtın Səbail rayonu, Nizami küçəsində avtomobil qarət olunub. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Yevgeniy Varotnikov “Hyundai” markalı avtomobilin şüşəsini sındıraraq içərisindən 400 AZN, 100 ABŞ dolları və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.