Bakının Səbail rayonu, Mikayıl Üseynov küçəsində bu gün, 14 iyun tarixində yol-nəqliyyat hadisəsi baş verib.
Bildirilir ki, “Mercedes” markalı avtomobil eyni istiqamətdə hərəkət edən digər “Mercedes”-ə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd olunur ki, yolun bu hissəsində nəqliyyatın hərəkətini məhdudlaşdıran maneələr hələ də mövcuddur. Həmin ərazidə quraşdırılan müvəqqəti postun polis əməkdaşları avtomobillərin axınını tənzimləyir.
[URIS id=48492]