Səbail rayonunda avtomobildən oğurluq olunub. Bu haqda 6 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadə xəbər verir.
Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində “Mercedes” və “Niva” markalı avtomobillərdən pul və maqnitofon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini O.Soltanov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.