Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Badamdar qəsəbəsində baş verib. Dava zamanı naməlum şəxs 14 yaşlı Məhəmmədəli Abbasovu bıçaqlayıb. Nəticədə yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.